Sevgilisini anlaqsız vəziyyətdə öldürən biznesmenin məhkəməsi oldu
Kriminal
183
15:38, Bu gün

Sevgilisini anlaqsız vəziyyətdə öldürən biznesmenin məhkəməsi oldu

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi  keçirilib.
 
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
 
Daha sonra məhkəmənin çıxışlar mərhələsində prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən barədə ekspertizanın rəyini əsas gətirərək Emil Ağacanovun cinayəti törədərkən həqiqətən anlaqsız vəziyyətdə olduğunu məhkəmə zamanı təsdiqini tapdığını bildirib.
 
Buna görə də prokuror təqsirləndirilənin müalicəsinin psixiatriya xəstəxanasında davam etdirilməsini məqsədə müvafiq hesab edib.
 
Qarşı tərəfin müdafiəçiləri isə bununla razılaşmayaraq məhkəmədən cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyiblər.
 
Müşavirədən sonra məhkəmənin yekun qərarı elan edilib.
 
Qərara görə, Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi subuta yetirilmişdir. Bunlaru nəzərə alaraq məhkəmə onu cinayət məsuliyyətindən azad edib. Onun barəsində tətbiq edilmiş məcburi müalicə barəsindəki qərar qüvvədə saxlanılıb.
 
Qeyd edək ki,hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda qeydə alınıb.
 
Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub.İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub 
 
Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
 
Emil Ağacanov barəsində Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.Onun barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
 
Onu da qeyd edək ki,cinayət işinin istintaqı zamanı Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər