Ödənişli yollarda motosikletlər üçün yeni tariflər
Cəmiyyət
133
15:46, Bu gün

Ödənişli yollarda motosikletlər üçün yeni tariflər

Ödənişli avtomobil yollarında motosikletlər üçün yeni tariflər müəyyənləşdirilib.
 
Tarif Şurasından Moderator.az-a verilən məlumata görə, Tarif Şurasının bu gün keçirilən iclasında avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.
 
Qeyd edilib ki, bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər