16:55
23°C
Bakı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev ölüb.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor 71 yaşında vəfat edib.
Qeyd edək ki, 2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.
Mərhum bu gün dəfn ediləcək.