Fişəng zavodunda dəhşətli partlayış oldu
Dünya
82
16:20, Bu gün

Fişəng zavodunda dəhşətli partlayış oldu

Maltada "Lourdes Fireworks Factory" fişəng istehsalı zavodunda güclü partlayış baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "Times of Malta" qəzeti məlumat yayıb.

İnsident nəticəsində müəssisənin ətrafındakı yaşayış evləri, avtomobillər və digər obyektlər ziyan dəyib.

İlkin məlumata görə, partlayış anında zavodun ərazisində insanlar olmayıb, lakin xilasedicilər yoxlamanı davam etdirirlər.

Yerli qurumlar yaxınlıqdakı ərazinin sakinlərini təxliyə ediblər. Hadisədən bir saatdan çox vaxt keçdikdən sonra da obyektdə kiçik partlayışlar müşahidə olunub.

Bildirilir ki, bir kuryer ətrafa uçuşan qırıntılar səbəbindən yüngül xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər