Azərbaycandan Ermənistana 16 vaqon dizel yola salındı
İqtisadiyyat
148
11:00, Bu gün

Azərbaycandan Ermənistana 16 vaqon dizel yola salındı

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
 
Moderator.az xəbər verir ki, bu gün Biləcəri stansiyasından Ermənistana 16 vaqon (986 ton) dizel yanacağı göndərilib.
 
Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqondan ibarət, çəkisi 406 ton olan gübrə, 4 vaqondan ibarət, çəkisi 276 ton olan taxıl yola salınıb.
 
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
 
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər