Dünya
156
11:24, Bu gün

"Düşmən həlledici məğlubiyyətə uğradı" - İran ordusu müharibənin başa çatdığını və qalib gəldiyini bildirdi

İranın siyasi və hərbi rəhbərliyi ölkənin beynəlxalq statusu və regional gücü ilə bağlı dünyada geniş əks-səda doğuracaq bəyanatlar səsləndirib.
 
Moderator.az xəbər verir ki, İran parlamentinin vitse-spikeri Həmidrza Hacı Babayi İranın rəsmən dünyanın dördüncü fövqəldövlətinə çevrildiyini elan edib.
 
Vitse-spiker xüsusilə strateji əhəmiyyətli Hörmüz boğazı üzərində tam nəzarəti vurğulayaraq bildirib ki, bu su yolu artıq əbədi olaraq böyük İran millətinə məxsusdur. Onun sözlərinə görə, bundan sonra heç bir gəmi və ya neft tankeri İranın rəsmi icazəsi olmadan boğazdan keçə bilməyəcək.
 
Eyni zamanda İran ordusunun rəsmisi Məhəmməd Əkrəminiya da ordunun qələbəsi barədə sensasion açıqlama verib.
 
O qeyd edib ki, müasir müharibələr qarşıya qoyulan məqsədlərə çatma dərəcəsinə görə qiymətləndirilir və düşmən öz hədəflərinin heç birinə nail ola bilmədiyi üçün ağır və həlledici məğlubiyyətə uğrayıb. Əkrəminiya vurğulayıb ki, qarşı tərəfin uğursuzluğu İranın hərbi qüdrətinin və strateji üstünlüyünün sübutudur. Tehranın bu cür kəskin və özünəəmin ritorikası xüsusilə Hörmüz boğazında gəmilərin blokadaya alındığı bir vaxtda qlobal enerji bazarlarında və diplomatik dairələrdə böyük təşviş yaradıb. Ekspertlər İranın özünü "fövqəldövlət" adlandırmasını regiondakı geosiyasi balansın tamamilə dəyişməsi cəhdi kimi qiymətləndirirlər. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər