Qlobal neft ehtiyatları sürətlə azalır
İqtisadiyyat
209
09:41, Bu gün

Qlobal neft ehtiyatları sürətlə azalır

Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazında gəmiçilik məhdudiyyətləri səbəbindən qlobal neft ehtiyatları sürətlə tükənir.
 
Moderator.az xəbər verir ki, məlumatı Bloomberg Agentıliyi Morgan Stanley investisiya bankına istinadən yayıb. Bankın hesablamalarına əsasən qlobal neft ehtiyatları 1 martdan 25 aprelə qədər gündə təxminən 4,8 milyon barel azalıb. Bu arada, başqa bir investisiya bankı Goldman Sachs ehtiyatların 2018-ci ildən bəri ən aşağı səviyyəsinə yaxın olduğu barədə xəbərdarlıq edib.
 
Qeyd edək ki, sürətlə azalan ehtiyatlar daha kəskin qiymət artımları və çatışmazlıq riskini göstərir və bunun nəticələrini dünya hökumətləri effektiv şəkildə aradan qaldıra bilməyəcəklər. Qlobal ehtiyatların kəskin şəkildə tükənməsi münaqişə bitdikdən sonra belə son dərəcə dəyişkən bazar şərtlərinə səbəb ola bilər. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər