Bank sektorunda YENİLİK - BTB tam olaraq ABB-yə birləşir
İqtisadiyyat
194
14:17, Bu gün

Bank sektorunda YENİLİK - BTB tam olaraq ABB-yə birləşir

Bank "BTB"-nin ABB-yə inteqrasiyası prosesi davam edir.
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
Onun sözlərinə görə, "BTB"səhmdarları tərəfindən bankın ABB-yə çevrilməsi ilə bağlı müraciət olunub və proses mərhələli şəkildə icra edilir:
 
"Depozitlərin əksəriyyəti ABB-yə keçirilib, kreditlərin keçirilməsi həyata keçirilir".
 
T.Kazımov bildirib ki, hazırda proses normal qaydada gedir və hər hansı problem müşahidə olunmur:
 
"Biz hər hansısa bir problem görmürük. Müştərilər də prosesin gedişi ilə bağlı müraciət edir".
 
Qeys edib ki, yaxın müddətdə bütün aktiv və öhdəliklərin köçürülməsi başa çatacaq:
 
"Düşünürəm ki, bu ayın axırı, gələn ayın axırı artıq aktivlərin və öhdəliklərin, kredit portfelinin ABB-yə keçirilməsi təmin olunacaq".
 
Vurğulayıb ki, bu proses çərçivəsində müştərilər üçün heç bir təhlükə yoxdur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər