İdman
770
08:44, Bu gün

"Qızıl top" mükafatının təqdimetmə mərasimi ilk dəfə Londonda keçiriləcək

2026-cı ildə planetin ən yaxşı futbolçusuna verilən illik "Qızıl top" mükafatının təntənəli təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
 
70-ci "Qızıl top" təqdimetmə mərasimi bu nüfuzlu mükafatın ilk sahibi, 1956-cı ildə laureat olmuş ingiltərəli futbolçu Stenli Metyuzun şərəfinə ilk dəfə olaraq Britaniya paytaxtında təşkil olunacaq.
 
Xatırladaq ki, 2025-ci ildə "Qızıl top" mükafatını PSJ komandasının və Fransa millisinin hücumçusu Usman Dembele qazanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər