Minifutbol üzrə Avropa çempionatı start götürür
İdman
146
10:44, Bu gün

Minifutbol üzrə Avropa çempionatı start götürür

Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatı bu gün start götürəcək.
 
Moderator.az xəbər verir ki, yarışın ilk günündə 9 qarşılaşma baş tutacaq.
 
C qrupunda yer alan Türkiyə seçməsi Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək.
 
Azərbaycan millisi ilk oyununu mayın 28-də Avstriya komandasına qarşı keçirəcək. "Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
 
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda İtaliya və Fransa ilə də münasibətlərə aydınlıq gətirəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər