01:35
20°C
Bakı
İspaniyanın qadınlardan ibarət "Barselona" futbol komandası mövsümün cari mövsümün sonunda ikiqat "Qızıl top" qalibi Aleksiya Putellas ilə yolların ayıracaq.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı ispan futbolçu 14 il ərzində çıxış etdiyi və kapitanı olduğu katalon klubunu tərk edir.
2012-ci ildən "Barselona"nın əsas heyətində çıxış edən Putellas ümumilikdə 507 oyuna çıxıb. Bu göstərici klub tarixində ikinci ən yüksək nəticədir. O, həmçinin klub tarixinin ən məhsuldar futbolçusudur - 232 qol.
Bu müddət ərzində o, "Barselona" ilə birlikdə 38 trofey qazanıb.
Aleksiya Putellas 2021 və 2022-ci illərdə "France Football" jurnalının təqdim etdiyi "Qızıl top" mükafatına layiq görülüb.