Tərəqqi Liseyində Elçin Kərimbəylinin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
Cəmiyyət
218
26 May 2026 | 23:45

Tərəqqi Liseyində Elçin Kərimbəylinin xatirəsinə həsr olunan anım tədbiri keçirilib

Tərəqqi Texniki Humanitar Liseyində şəhid Elçin Kərimbəylinin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
 
Tədbir şəhidin əziz xatirəsini yad etmək, onun göstərdiyi qəhrəmanlığı gənc nəslə tanıtmaq və vətənpərvərlik ruhunu aşılamaq məqsədilə təşkil olunub.
 
Anım tədbirində məktəbin müəllim və şagird kollektivi, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, Elçin Kərimbəyli 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, məktəb illərində vətənpərvərliyi və nümunəvi davranışı ilə seçilib. 20 aprel 2011-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Link kopyalandı!
Son xəbərlər