İdman
146
21:20, Bu gün

"Atletiko" Simeonenin dövründə ilk dəfə La Liqada 70 xaldan az toplayıb

"Atletiko" klubu Dieqo Simeonenin baş məşqçiliyi ilə ilk dəfə olaraq La Liqada 70 xaldan az toplayıb. 

Moderator.az xəbər verir ki, Madrid təmsilçisi 2025/2026 mövsümünü 69 xalla dördüncü yerdə tamamlayıb.

Bu nəticə argentinalı mütəxəssisin klubdakı 14 mövsümlük dönəmində ən zəif göstərici kimi qeydə alınıb. Simeonenin rəhbərliyi dövründə "Atletiko" əvvəlki illərdə daha çox xal toplayıb.

Komandanın ən yaxşı nəticəsi 2013/2014 mövsümünə təsadüf edib. Həmin vaxt komanda 90 xal toplayaraq 1996-cı ildən sonra ilk dəfə La Liqa çempionluğunu qazanmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər