20:06
18°C
Bakı
İtaliyalı mütəxəssis Antonio Konte "Napoli"nin baş məşqçisi vəzifəsindən ayrılıb.
Moderator.az xəbər verir ki, bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb.
Konte 2024-cü ilin yayından komandaya rəhbərlik edirdi. O, "Napoli"dəki debüt mövsümündə klubu İtaliya çempionluğuna daşımışdı.
İtaliya təmsilçisi Kontenin rəhbərliyi altında A seriyasında 2025/2026 mövsümünü ikinci yerdə başa vurub.
Ümumilikdə, Kontenin rəhbərliyi altında "Napoli" bütün yarışlarda 91 oyun keçirib. Komanda 54 qələbə qazanıb, 19 heç-heçə edib və 18 dəfə məğlub olub.
56 yaşlı məşqçi karyerası ərzində İtaliya millisini, "Yuventus", "Çelsi", "İnter" və "Tottenhem" kimi klubları da çalışdırıb.