Avropanın ən məhsuldar futbolçusu Harri Keyn oldu
İdman
132
09:37, Bu gün

Avropanın ən məhsuldar futbolçusu Harri Keyn oldu

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl Buts” mükafatını qazanıb.

“Bavariya”nın hücumçusu 2025/2026 mövsümündə Avropanın aparıcı çempionatlarında vurduğu 36 qolla ən məhsuldar futbolçu olub və mükafata sahib çıxıb.

İngiltərə millisinin kapitanı bununla da ötən mövsüm əldə etdiyi uğuru təkrarlayıb. O, sıralamada “Mançester Siti”nin norveçli forvardı Erlinq Haaland və “Real Madrid”in fransalı ulduzu Kilian Mbappeni qabaqlayıb.

Haaland mövsümü 27 qolla ikinci, Mbappe isə 25 qolla üçüncü pillədə başa vurub.

Qeyd edək ki, “Qızıl Buts” mükafatı Avropanın ən güclü liqalarında ən çox qol vuran futbolçuya təqdim edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər