Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs SAXLANILDI - FOTO - VİDEO
Cəmiyyət
195
10:18, Bu gün

Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs SAXLANILDI - FOTO - VİDEO

Bakıda Dənizkənarı bulvar ərazisində gənc qız zorakılığa məruz qalıb. Bu barədə sosial şəbəkələrdə videomüraciət yayılıb.
 
Müraciəti paylaşan xanım bildirib ki, bulvar ərazisində video çəkən zaman naməlum şəxs ona qarşı zorakılıq etməyə cəhd göstərib.
 
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında bulvar ərazisində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.
 
"Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür", - deyə məlumatda vurğulanır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər