İtaliyalı hücumçu Azərbaycan millisində
İdman
176
22:22, Bu gün

İtaliyalı hücumçu Azərbaycan millisində

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Moderator.az xəbər verir ki, siyahıda "Neftçi"nin yetirməsi, hazırda İtaliyanın "Sampdoriya" klubunun aşağı yaş qrupları üzrə komandasında çıxış edən Lorenzo Mezzotero da var.

19 yaşlı italiyalı hücumçu Azərbaycan yığmasına cəlb olunub.

Qeyd edək ki, U-21 yığmamız mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.

Komandamız Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər