20:30
20°C
Bakı
“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.
Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Açıqlamada portuqaliyalı yarımmüdafiəçinin “Mançester Yunayted”in uğurlu çıxışında əsas rol oynadığı bildirilib:
“Fernandeş "Mançester Yunayted"in liqada üçüncü yeri tutmasının və UEFA Çempionlar Liqasına vəsiqə qazanmasının əsas hərəkətverici qüvvəsi idi”.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 37 oyuna çıxıb və 8 qol vurub.
(teleqraf)