21:06
17°C
Bakı
"Sabah" klubu cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu keçirib.
Moderator.az xəbər verir ki, Masazır təmsilçisi 33-cü turda "Turan Tovuz"la üz-üzə gəlib.
Qarşılaşma "bayquşlar"ın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ölkə çempionunun heyətində Aron Maluda (15) və Xəyal Əliyev (64) fərqləniblər.
Qərb təmsilçisində isə Ayxan Hüseynov (86) diqqət mərkəzinə düşüb.
Turnir cədvəlinin lideri "Sabah" mövsümü 78 xalla başa vurub. Üçüncü sıradakı "Turan Tovuz" 59 xalda qalıb.