21:28
17°C
Bakı
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranın zənginləşdirilmiş uranının utilizasiyası məsələsində israrlı olduğunu bildirib.
Moderator.az xəbər verir ki, Rubio bu barədə NATO ölkələrinin XİN rəhbərlərinin görüşü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqlarda əsas məsələlərdən biri də gələcəkdə uranın zənginləşdirilməsi problemidir.
Rubio ABŞ və İran arasında diplomatik prosesdə müəyyən irəliləyişin olduğunu da vurğulayıb:
“Bunu nə şişirtmək, nə də kiçiltmək istəyirəm. Amma bu, yaxşı işarədir”.