İdman
220
12:31, Bu gün

"Sabah" bombardirini komandada saxlaya biləcəkmi?

Cari mövsümdə "qızıl dubl" edən "Sabah" əsas silahlarından birini komandada saxlamaq niyyətindədir.
 
Moderator.az İdmanxeber.az-a istinadən xəbər verir ki, klub hücumçu Coy-Lens Mikelsi buraxmaq istəmir. Rəhbərlik müqaviləsi yayda başa çatacaq almaniyalı forvarda yeni sözləşmə təklif edib.
 
Klub idarəediciləri təcrübəli futbolçuya əvvəlkindən daha yaxşı şərtlərlə müqavilə təklif etməklə onun heyətdə qalmasına qərar veriblər.
 
32 yaşlı hücumçu isə hələlik son mövqeyini açıqlamayıb. O, rəhbərlikdən düşünmək üçün vaxt istəyib.
 
Xatırladaq ki, Mikels cari mövsüm vurduğu 19 qolla hazırda bombardirlik siyahısına başçılıq edir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər