Bizi sosial şəbəkələrdən izləyin:
“Aston Villa”nın baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasında növbəti tarixi uğuruna imza atıb.
Moderator.az xəbər verir ki, ispaniyalı mütəxəssisin rəhbərlik etdiyi Birminhem təmsilçisi finalda “Frayburq”u 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bu qələbə Unay Emeri üçün xüsusi əhəmiyyət daşıyıb. 54 yaşlı baş məşqçi karyerasında 5-ci dəfə Avropa Liqasının qalibi olub. Bununla da o, turnir tarixində mütləq rekorda imza atıb.
İspaniyalı mütəxəssis bundan əvvəl üç dəfə "Sevilya" ilə (2013/2014, 2014/2015 və 2015/2016 mövsümlərində), bir dəfə isə "Vilyarreal"la (2020/2021 mövsümündə) Avropa Liqasının (əvvəlki adı ilə UEFA Kuboku) kubokunu baş məşqçi kimi başı üzərinə qaldırıb. Emeri bu göstəricidə 3 dəfə qalib olan Covanni Trapattonini geridə qoyur.
Qeyd edək ki, Unay Emeri 2022-ci ilin noyabrından “Aston Villa”nı çalışdırır. Premyer Liqa təmsilçisi növbəti mövsüm UEFA Çempionlar Liqasında çıxış edəcəklər.