İdman
783
08:03, Bu gün

"Aston Villa" UEFA Avropa Liqasının qalibi oldu

UEFA Avropa Liqasında mövsümün qalibi müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, final matçında “Aston Villa” ilə “Frayburq” üz-üzə gəlib.
 
Həlledici qarşılaşmada İngiltərə təmsilçisi rəqibini İstanbulda 3:0 hesabı ilə məğlub edib. Bununla da “Aston Villa” Avropa Liqasının qalibi adını qazanıb.
 
“Aston Villa”ya kuboku gətirən qolları 41-ci dəqiqədə Yuri Tilemans, 45-ci dəqiqədə Emiliano Buendia və 58-ci dəqiqədə Morqan Rocers vurublar.
 
“Frayburq” isə finala qədər irəliləsə də, həlledici oyunda İngiltərə klubuna uduzaraq turniri ikinci pillədə başa vurub.
 
Beləliklə, "Aston Villa" 30 ildən sonra ilk dəfə kubok qazanıb.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər