Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu
İdman
1340
18 May 2026 | 23:17

Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

Rusiyanın "Zenit" futbol klubunun müdafiəçisi Strahinya Erakoviç 2025/26 mövsümündə iki ölkənin çempionu olub.

Moderator.az Sport24.ru-ya istinadən xəbər verir ki, futbolçu həm Rusiya, həm də Serbiya çempionatlarında qalib gəlib.

25 yaşlı serbiyalı müdafiəçi mövsümün ilk hissəsini "Zenit"də keçirib. Oyunçu Sankt-Peterburq təmsilçisinin heyətində Rusiya Premyer Liqasında 12 matçda meydana çıxıb. Mayın 17-də "Zenit" 68 xalla çempionatı birinci sırada başa vurub.

Fevral ayında Erakoviç "Srvena Zvezda"ya icarəyə verilib və milli çempionatda 13 oyunda iştirak edib. Aprelin 26-da komanda Serbiya çempionu olub.

Qeyd edək ki, Erakoviçin "Srvena Zvezda" ilə icarə müqaviləsi avqustun 31-nə qədər nəzərdə tutulub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər