22:28
16°C
Bakı
İtaliya A Seriyasının 37-ci turunda "İnter" doğma meydanda "Verona" ilə heç-heçə edib.
Moderator.az xəbər verir ki, Milanın "Cüzeppe Meatsa" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matçda hesab 47-ci dəqiqədə açılıb. Qonaq komandanın müdafiəçisi Andrias Edmundsson topu öz qapısına göndərib.
Lakin "Verona" oyunun sonlarında hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə Kiron Boui fərqlənib.
37 oyundan sonra "Verona"21 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Çempionluğu əvvəlcədən təmin edən "İnter Milan" isə 86 xalla birinci yerdədir.