19:58
15°C
Bakı
Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun iş adamı olan qardaşı Aydın Çavuşoğlu müalicə olunduğu xəstəxanada vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Xatırladaq ki, eyni zamanda "Alanyaspor" klubunun prezidenti Həsən Çavuşoğlunun da qardaşı olan Aydın Çavuşoğlu mayın 5-də Antalyanın Alanya bölgəsində özünə məxsus yanacaqdoldurma məntəqəsinin ofisində silahla yaralanmış vəziyyətdə tapılıb.