Belçika çempionu 19 yaşında ÖLDÜ
İdman
80
11:35, Bu gün

Belçika çempionu 19 yaşında ÖLDÜ

Belçikalı qadın velosipedçi Yilke Mixilsen onkoloji xəstəliklə (xərçənglə) uzun müddət mübarizədən sonra 19 yaşında vəfat edib.
 
Oxu.Az-ın xəbərinə görə, bu barədə son aylarda idmançının sağlamlıq vəziyyəti ilə bağlı yeniliklərin paylaşıldığı özünün sosial şəbəkə hesabında məlumat verilib.
 
Üç il əvvəl Yilke Mixilsenə Yuinq sarkoması (yumşaq toxuma və sümüyün bədxassəli şişi) diaqnozu qoyulmuşdu. Xəstəlik səbəbindən, o, idman karyerasını bitirməyə məcbur olmuşdu.
 
May ayının əvvəlində Mixilsen heç bir effektinin olmadığı və orqanizmini yorğun hala saldığı üçün kimyaterapiyanı dayandırdığını elan etmişdi.
 
Qeyd edək ki, 2022-ci ildə Yilke Mixilsen şosse velosiped yarışlarında Belçikada gənclər arasında çempionu olub, eləcə də çoxnövçülük üzrə milli çempionatda birincilik qazanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər