Azərbaycanın yeniyetmə güləşçiləri Avropa çempionatına üç medalla başlayıblar
İdman
208
12 May 2026 | 23:55

Azərbaycanın yeniyetmə güləşçiləri Avropa çempionatına üç medalla başlayıblar

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Moderator.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşiblər.

Ömər Salmanov (48 kq) finalda rusiyalı Artyom Tkaçenkoyla qarşılaşıb. Rəqibinə 1:5 hesabı ilə məğlub olan güləşçi gümüş medalı boynundan asıb.

Qurban Məcnunov (55 kq) da həlledici görüşdə Rusiya təmsilçisi ilə üz-üzə gəlib. Edem Payziyevlə gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (1:2) uduzan Qurban Avropa ikincisi olub.

Orxan Həbibli (65 kq) təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisə, bürünc medal uğrunda qarşılaşmada isə ukraynalı Oleksandr Venetsə 9:0 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Beləliklə, millimiz ikinci yarış günündə iki gümüş və bir bürünc medal qazanıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər