Duran “Qarabağ”dakı gələcəyi barədə danışdı
İdman
155
10:18, Bu gün

Duran “Qarabağ”dakı gələcəyi barədə danışdı

“Bütün düşüncələrim “Qarabağ”la bağlıdır. Hələ klubla iki illik müqaviləm var”.
 
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın kolumbiyalı futbolçusu Kamilo Duran deyib.
 
24 yaşlı yarımmüdafiəçi Azərbaycandan ayrılması ilə bağlı yayılan söz-söhbətlərin həqiqəti əks etdirmədiyini bildirib: “Mövsümün sonunda nə baş verəcəyini deyə bilmərəm. Amma kluba bağlıyam və müqaviləm davam edir”.
 
Duran Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyun (1:1) barədə də fikirlərini bölüşüb:
 
“Çətin oyun olacağını bilirdik. Təəssüf ki, qələbə qazana bilmədik. Növbəti oyuna hazırlaşmaq lazımdır. Dincəlib, qarşıdakı matça hazırlaşacağıq”.
 
O, komandada çempionluq əldən getdikdən sonra əvvəlki ruhun qalmaması ilə bağlı fikirlərə də münasibət bildirib:
 
“Qətiyyən belə şey yoxdur. Hansı komanda məğlub olmaq istəyər?! “Qarabağ” həmişə qələbə qazanmağa öyrəşmiş komandadır. Amma bəzən alınmır”.
 
Legioner futbolçu Azərbaycan Kubokunun finalında “Sabah” -“Zirə” oyunu ilə bağlı da danışıb: “Finalda heç bir komandanı dəstəkləməyəcəyəm. Ən yaxşı olan qalib gəlsin”.
 
Qeyd edək ki, Kamilo Duran ötən yay Portuqaliyanın “Portimonense” klubundan “Qarabağ”a keçib. O, cari mövsümdə Azərbaycan Premyer Liqasında 29 oyuna çıxaraq 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. UEFA Çempionlar Liqasında isə 10 matçda 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər