01:19
15°C
Bakı
Ulduz futbolçu Lionel Messi 2026-cı il dünya çempionatının qalibi gördüyü favoritlərin adını çəkib.
Moderator.az xəbər verir ki, Messi bu haqda jurnalist Pollo Alvaresə müsahibəsində danışıb.
“Fransa yenə çox güclüdür, onların çoxlu səviyyəli oyunçuları var. İspaniya və Braziliya da. Məncə, Portuqaliyanın da çox rəqabətli komandası var”, - o bildirib.
Qeyd edək ki, Argentina hazırkı dünya çempionudur. Belə ki, Argentina millisi 2022-ci il dünya çempionatının finalında Fransanı penaltilər seriyasında məğlub edib.