Bizi sosial şəbəkələrdən izləyin:
UEFA Çempionlar Liqasının ilk finalçısı bəlli olub.
Moderator.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniya təmsilçisi "Atletiko Madrid” İngiltərənin "Arsenal" komandası ilə qarşılaşıb.
"Emireyts" stadionunda baş tutan oyunun 45-ci dəqiqəsində Bukayo Sakanın vurduğu qol sayəsində “topçular” qələbə qazanıb.
Bununla da "Arsenal" Çempionlar Liqasında 20 ildən sonra finala yüksəlib. Komanda tarixi ərzində yalnız 2005/2006 mövsümündə həlledici qarşılaşmada çıxış edib. Həmin vaxt "topçular" finalda İspaniya "Barselona"sına uduzub - 1:2.
Qeyd edək ki, 1/4 finalda "Atletiko" "Barselona"nı, "Arsenal" isə "Sportinq"i mübarizədən kənarlaşdırmışdı.