Bizi sosial şəbəkələrdən izləyin:
Politoloq Styopa Səfəryanın fikrincə, əgər Ermənistan Avropa istəklərini nümayiş etdirməsəydi, bu sammit heç vaxt Ermənistanda keçirilməzdi. Onun sözlərinə görə, bunu Rusiya əleyhinə kimi təqdim etmək axmaqlıqdır, çünki Ermənistan hakimiyyəti Rusiyaya qarşı heç nə etmir.
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
Eyni zamanda, Safaryan qeyd edir: "Rusiya Federasiyasında proseslərin dayanmadığını, əksinə, irəlilədiyini görürlər. Bu da Rusiya rəsmilərini narahat edir, onlar narahatlıqlarını və aqressivliklərini gizlətmirlər. Ali rəhbərliyin deyə bilmədiklərini Medvedevlər və Marqarita Simonyanlar kobud şəkildə ifadə edərək, Ermənistanı sanksiyalarla hədələyirlər."
Politoloq son bəyanatların həqiqətən də sanksiyalarla nəticələnəcəyini istisna etmir:
"Bəlkə də onlar iş adamlarını Ermənistanın qərarlarına təsir etdiklərinə görə cəzalandırmağa başlayacaqlar. Amma hər şey aydın deyil. Əgər onlar Ermənistanın qazını kəssələr, Ermənistan İrandan, hətta Azərbaycandan da qaz idxal edəcək; əgər onlar Lars yolunu bağlasalar, özlərinin Cənubi Qafqazla əlaqəsi kəsiləcək; əgər onlar miqrantlara toxunsalar, bu, Rusiya əleyhinə əhval-ruhiyyəyə səbəb olacaq. Başqa sözlə, Rusiya Ermənistana qarşı necə davranacağını bilmir".
"Onlar gördülər ki, Ermənistanın türkləşdirildiyi, Türkiyənin vilayət halına gəlməsi barədə qışqırdıqları heç bir fayda vermədi, indi də 300 min azərbaycanlının gəlişi tezisini yayırlar, amma bu da iflasa uğrayacaq", - S.Safaryan vurğulayıb.
S.Laçın