Britaniyada əməliyyat zamanı iki dəfə ürəyi dayanan qadın xilas edildi - FOTO
124
08:41, Bu gün

Britaniyada əməliyyat zamanı iki dəfə ürəyi dayanan qadın xilas edildi - FOTO

Böyük Britaniyada adi laparoskopik əməliyyat zamanı ürəyi iki dəfə dayanan gənc qadının həyatını xilas etmək mümkün olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
 
28 yaşlı müəllimə əməliyyatdan sonra reanimasiya şöbəsində ayılıb. Məlum olub ki, narkoza (anesteziya) allergiyası səbəbindən britaniyalı pedaqoqun ürəyi iki dəfə dayanıb və o, təxminən 20 saniyəlik "klinik ölüm" keçirib.
 
Həkimlər qadını həyata qaytarmaq üçün intensiv müdaxilə ediblər. Pasiyent süni tənəffüs aparatına qoşulub və ona qapalı ürək masajı edilib. Nəticədə gənc qadın ölümün pəncəsindən qurtulub.
 
Reanimasiyada özünə gələn müəllimə döş qəfəsindəki kəskin ağrılardan şikayətlənib. Araşdırma zamanı məlum olub ki, həkimlərin reanimasiya tədbirləri (ürək masajı) zamanı onun qabırğaları sınıb.
 
Möcüzə nəticəsində sağ qalan britaniyalı qadın tam sağalmaq üçün bir müddət reabilitasiya və müalicə kursu keçəcək. /oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər