Bu gün Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində “Qarabağ” və “Turan Tovuz” komandaları üz-üzə gələcək.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı baş hakim Rəşad Əhmədov idarə edəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi “köhlən atlar” 59 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Kurban Berdıyevin kollektivi isə 56 xalla 3-cü sıradadır. Avropa Liqasına vəsiqə verən 2-ci yer uğrunda mübarizə baxımından bu görüş böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Premyer Liqası
XXX tur
4 may (bazar ertəsi)
19:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika stadionu