İdman
188
21:50, Bu gün

"Neftçi" "Qarabağ"a qalib gəldi, "Sabah" çempion oldu

"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.

Moderator.az xəbər verir ki, bu, 21-ci turdan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb.

"Palms Sports Arena"dakı qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

Meydan sahiblərindən 55-ci dəqiqədə Emil Səfərov, 90+2-ci dəqiqədə Bassala Sambu fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov avtoqol müəllifi olub.

Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəlib.

29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib.

Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.

Xatırladaq ki, "Qarabağ"a 18 oyundur qalib gələ bilməyən "Neftçi" sonuncu qalibiyyətinə 2021-ci ildə nail olmuşdu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər