19:50
14°C
Bakı
Keniyalı atlet Sebastyan Save London marafonunda qalib gələrək bu məsafədə yeni dünya rekorduna imza atıb.
Moderator.az Sportbox.ru-ya istinadən xəbər verir ki, Keniya təmsilçisi 42 km 195 metr məsafəni 1 saat 59 dəqiqə 30 saniyəyə qət edib.
Əvvəlki rekord onun həmvətəni Kelvin Kiptuma məxsus olub (2:00.35). K.Kiptum həmin nəticəni 2023-cü ilin oktyabrında Çikaqo marafonunda göstərmişdi.
Maraqlıdır ki, bazar günü Londonda keçirilən marafonun digər mükafatçıları da K.Kiptumun rekordunu geridə qoyublar. Efiopiyalı idmançı Yomif Kejelça ikinci yeri tutaraq məsafəni iki saatdan tez qət edib (1:59.41). İlk üçlüyü isə uqandalı Ceykob Kiplimo (2:00.28) tamamlayıb.