Bizi sosial şəbəkələrdən izləyin:
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Qəza zamanı "Hyundai", "Opel" və VAZ-2104 markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.