İdman
260
13:30, Bu gün

"Atletiko" Juan Qomesin transferi ilə bağlı danışıqlar aparır

İspaniyanın "Atketiko" klubu Juan Qomesin transferi ilə bağlı İngiltərə təmsilçisi "Vulverhempton"la danışıqlar aparır.

Moderator.az AS nəşrinə istinadən xəbər verir ki, danışıqlar ilkin mərhələdədir.

Tərəflərin tezliklə razılığa gələcəyi gözlənilir.

Aşağı liqaya düşən "Vulverhempton" 25 yaşlı yarımmüdafiəçini satmağa hazırlaşır. Klub bu keçiddən 45-50 milyon avro qazanmaq niyyətindədir.

Xatırladaq ki, Juan Qomes "Vulverhempton"da 127 oyuna çıxıb, 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər