Məhkəmə Jotanın ölümü ilə bağlı qərar verdi
İdman
400
25 Apr 2026 | 22:44

Məhkəmə Jotanın ölümü ilə bağlı qərar verdi

Kastiliya məhkəməsi “Liverpul”un futbolçusu Dioqo Jota və qardaşı Andre Silvanın ölümü ilə nəticələnən yol qəzasında heç bir cinayət məsuliyyəti müəyyən etməyib.

Faciə ötən ilin iyul ayında baş verib.

Moderator.az xəbər verir ki, hadisə yerindəki sübutları və yol qəzaları ilə bağlı ekspert rəylərini araşdırdıqdan sonra məhkəmə qardaşların ölümü ilə bağlı cinayət işinin başlanmasının mümkün olmadığına qərar verib.

“Puebla de Sanabria Birinci İnstansiya Məhkəməsi iş materiallarındakı sənədli sübutları, xüsusən də yol polisi tərəfindən verilmiş ekspert rəylərini qiymətləndirdikdən sonra işi bağladı”, – məlumatda deyilir.

“The Athletic” məhkəmə mənbələrinə istinadən xəbər verir ki, cinayət işinə xitam verilməsi zərərçəkmiş tərəflərin mülki iddia qaldırmasına və münasib hesab etdikləri hər hansı kompensasiya tələb etməsinə mane olmur.

Link kopyalandı!
Son xəbərlər