III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları açıqlandı
İdman
3028
08 Jun 2023 | 12:44

III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları açıqlandı

Bu il Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları açıqlanıb.
 
Federasiyadan verilən məlumata görə, yarışda milli komandanın 11 üzvü qüvvəsini sınayacaq.
 
Qadın sablyaçılardan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç, kişilərdən isə Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Ayxan Xasıyev yarışda medal qazanmağa çalışacaqlar.
 
Azərbaycanı şpaqa növündə isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov təmsil edəcəklər.
 
Qeyd edək ki, III Avropa oyunları iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər