“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO
508
24 Apr 2026 | 20:03

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

Ağdam şəhərində yeni "İmarət" stadionunun tikintisinə başlanılıb.

Bizim.Media xəbər verir ki, "İctimai TV" bununla bağlı süjet hazırlayıb.

Gənclər və İdman Nazirliyinin şöbə rəisi Elmir Mehdiyev işin gedişi barədə məlumat verib.

O, bildirib ki, stadion həmçinin, park funksiyasını həyata keçirəcək:

"Hazırda stadionun təməl hissəsində torpaq işləri həyata keçirilir. Paralel olaraq da dəmir-beton konstruksiyaları üzrə də işlərin icrasına başlanılıb. Stadionun ərazisində əsas meydançadan əlavə bir məşq meydançası da olacaq. Stadion Ağdam şəhərinin əhalisi üçün park funksiyasını da həyata keçirəcək".

Qeyd edək ki, "İmarət"in tikintisinin 2028-ci ilin sonunadək yekunlaşması gözlənilir.

"Qarabağ" ev oyunlarını 2029-cu ildən burada keçirməyi planlaşdırır.


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər