“Milan”ın növbəti transfer hədəfi BƏLLİ OLDU
441
02 Mar 2026 | 13:50

“Milan”ın növbəti transfer hədəfi BƏLLİ OLDU

"Milan"ın növbəti transfer hədəfi bəlli olub. 

Bizim.Media "Tuttomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" "Borussiya"nın (Dortmund) forvardı Serhu Girassi ilə yaxından maraqlanır. 

29 yaşlı futbolçunun "Milan"a keçməyə müsbət yanaşıb-yanaşmadığı bəlli deyil. Amma İtaliya nəhəngi Dortmund klubuna təklifini irəli sürüb. 
 

Qvineya millisinin əsas forvardının "Borussiya" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.


O, “Laval”, “Lill”, “Oser”, “Köln”, “Amien”, “Renn”, “Ştuttqart” klublarında çıxış edib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər