Macarıstan XİN-ə Orban rəhbərlik edəcək - FOTO
7917
20 Apr 2026 | 18:58

Macarıstan XİN-ə Orban rəhbərlik edəcək - FOTO

Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar xarici işlər naziri vəzifəsinə Anita Orbanı təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Madyar bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələcək hökumətdə bir sıra əsas vəzifələrlə bağlı qərarlar artıq qəbul edilib.

Maliyyə naziri Andraş Karman, iqtisadiyyat və energetika naziri İştvan Kapitanya, səhiyyə naziri Jolt Hegeduş olacaq.

Müdafiə naziri vəzifəsini Romul Rusin-Szendi icra edəcək, Kənd Təsərrüfatı və Ərzaq İqtisadiyyatı Nazirliyinə isə Sabolç Bona rəhbərlik edəcək.


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər