16:13
16°C
Bakı
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz gələn həftə Ermənistana səfər edəcək.
Bu barədə Moderator.az "Anadolu" Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, C.Yılmaz mayın 4-də İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində Türkiyəni təmsil edəcək.
Qeyd olunub ki, onun İrəvana nəzərdə tutulan səfəri Türkiyədən Ermənistana bu səviyyədə ilk səfər olacaq.