Naxçıvandakı ağır qəzada ölənlərin sayı 2-yə çatıb
Hadisə
257
02 Jun 2026 | 22:15

Naxçıvandakı ağır qəzada ölənlərin sayı 2-yə çatıb

Mayın 23-də Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən daha biri xəstəxanada vəfat edib.

Moderator.az məlumat verir ki, hadisə Babək rayonunun Çeşməbasar kəndi ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ağır xəsarətlər alan 2002-ci il təvəllüdlü Vəliyev Şahin Elxan oğlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, qəzadan üç gün sonra hadisə zamanı xəsarət alan digər şəxs – 22 yaşlı Əlizadə Nail İlham oğlu da xəstəxanada vəfat etmişdi.

Beləliklə, sözügedən yol qəzasında həyatını itirənlərin sayı 2-yə çatıb. Hazırda xəsarət alan daha 4 nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər