Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ
Hadisə
217
20:20, Bu gün

Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ

Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə baş verib.

Moderator.az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıblar. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxslər yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər