"Aston Villa" klubu UEFA Avropa Liqasının finalında "Frayburq" komandası ilə qarşılaşacağı matç ərəfəsində əsas sponsorunun loqosunu formadan çıxarıb.
Moderator.az bildirir ki, bu barədə braziliyalı şərhçi Luis Karlos Larqo öz "X" sosial şəbəkə hesabında məlumat verib.
Qarşılaşma Türkiyədə keçirildiyi üçün yerli qanunvericilik və qaydalar idman geyimlərində bukmeker şirkətlərinin loqolarının yerləşdirilməsini qadağan edir.
Bu səbəbdən birmingemlilərin əsas sponsoru olan "Betano" şirkətinin loqosu formadan götürülüb. Final matçında futbolçuların geyinəcəyi formaların ön hissəsində klubun sosial layihəsi olan "Aston Villa Foundation" yazısı əks olunacaq.
Bundan əlavə, İngiltərə təmsilçisi bu tarixi qarşılaşmada özünün üçüncü alternativ formasından istifadə etmək qərarına gəlib.
Qeyd edək ki, bu gün İstanbulda baş tutacaq oyuna saat 23:00-da start veriləcək.