Lerikdə AĞIR QƏZA: İki ay əvvəl evlənən qazi ÖLDÜ - YENİLƏNİB + FOTO
Hadisə
373
15:59, Bu gün

Lerikdə AĞIR QƏZA: İki ay əvvəl evlənən qazi ÖLDÜ - YENİLƏNİB + FOTO

Lerik rayonunun Nəsodi kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə ilə bağlı bəzi detallar məlum olub.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub.
 
O, iki ay əvvəl ailə həyatı qurubmuş.
 
Faktla bağlı araşdırma aparılır.
15:07
 
Lerik rayonunda yük maşını dərəyə aşıb.
 
Moderator.az xəbər verir ki, hadisə Lerik rayonunun Nəsodi kəndi ərazisində qeydə alınıb. 
 
Belə ki, Astara rayonunun Motlayataq kənd sakini, 1999-cu il təvəllüdlü Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi QAZ-66 markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. 
 
Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər