19:50
13°C
Bakı
İraqda magistralda təxminən 35 maşının iştirakı ilə zəncirvari qəza baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "Basnews" məlumat yayıb.
Məlumata görə, dəhşətli yol-nəqliyyat hadisəsində azı yeddi nəfər həlak olub, 20 nəfər xəsarət alıb.
Nəşrin yaydığı görüntülərdə əzilmiş metal qalaqları, çaxnaşma içindəki insanlar, həmçinin yanan maşınlar görünür.
Qəza zamanı benzindaşıyan maşın tam sürətlə əvvəlcə maneəyə çırpılıb, sonra isə qarşı zolaqdakı avtomobillərlə toqquşub.
Təcili yardım xidməti əməkdaşları xəsarət alanlara yardım göstərməyə çalışırlar.