19:52
13°C
Bakı
Fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi "Bazalt" müəssisəsinin istehsalı olan "Vettrimerazin Poroşok" əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhsul partiyasından agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Bununla əlaqədar ümumi sayı 490 ədəd olan məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul olunmuş müvafiq qərar əsasında məhv edilib.